“İRƏLİ” İctimai Birliyi bu il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışmasının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edib. Birlikdən APA-ya verilən məlumata görə, təşkilatın rəsmi səhifəsində yerləşdirilən online anket vasitəsilə 1019 nəfər gəncin könüllülük üçün müraciəti qəbul olunub. Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra, müraciət edənlər 2-6 yanvar 2012-ci il tarixləri arasında “İRƏLİ” Gənclik Mərkəzində təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılıb. Müsahibə mərhələsində xarici dil bilikləri, ünsiyyət bacarığı, intellektual səviyyəsi, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 418 nəfər “Eurovision-2012” yarışmasının təşkilində könüllü olmaq şansını qazanıblar.