Beynəlxalq müşahidəçiləri səsvermə prosesini necə qiymətləndirir?

Bir qrup xarici jurnalist Tərtər rayonuna səfər edib
Məzahir Pənahov: Seçkiləri işıqlandırmaq üçün KİV-lərə hər cür şərait yaradılır
İƏT-in sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib

“Səsvermənin gedişi ilə bağlı təəssüratlarımız olduqca müsbətdir”.

Bunu APA-ya Fransa Senatının üzvü Mişel Alme deyib. O bildirib ki, qanun pozuntuları qeydə almayıblar: “Bu, hələlik müşahidə apardığımız ilk məntəqədir. Məntəqəyə daxil olduğumuz zaman məntəqə sədri bizi seçkilərin gedişatı ilə tam məlumatlandırdı. Səsvermə bitdikdən sonra seçkilərlə bağlı yekun fikrimizi bildirəcəyik”.

Böyük Britaniya parlamentinin üzvü Lord David Çarlz seçki prosesinin yüksək səviyyəyə təşkil olunduğunu deyib: ” Böyük Britaniya parlamentini təmsil edirik. İki ölkə arasında çox gözəl münasibətlər var. Seçki prosesi yüksək səviyyədə təşkil olunub, insanların fəallığı normaldır”.

Bolqarıstan parlamentinin üzvü Hamid Hamid Azərbaycanda seçki sisteminin inkişaf etdiyini vurğulayıb: “Hələlik yekun fikir bildirmək tezdir, ancaq müşahidələrimiz göstərir ki, seçkilər normal şəkildə gedir və heç bir çətinlik yoxdur. İnsanlar da olduqca sakit və təhlükəsiz şəkildə səsvermədə iştirak edirlər. Bundan öncə də Azərbaycanda parlament seçkilərini və referendumu müşahidə etmişəm. Ölkədə seçki sistemi günü gündən inkişaf edir”.

Slovakiya parlamentinin üzvü Marsek Peter müşahidə apardıqları dövrdə qanun pozuntularına rast gəlmədiklərini bildirib: “Hazırda seçki prosesinin izləyirik. Qeyri-qanuni hallar aşkar etməmişik. Dünən bir neçə seçici ilə söhbət apardıq. Nəticə etibarı ilə deyə bilərik ki,  ölkədə seçkilərə maraq yüksəkdir”.