Beynəlxalq müşahidəçi: “Eyni səviyyədə demokratiya Azərbaycan seçkilərində də müşahidə olunacaq”

Bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığı açıqlanıb
14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib

Prezident seçkisi ərəfəsində bir sıra xarici müşahidəçi ilə görüşüb, onların təəəssüratları ilə maraqlandıq.

Bosniya-Hersoqovinadan olan müşahidəçi Mladen İvaniç Publika.Az-a açıqlamasında deyib ki, biz yeni gəlmişik, yalnız sabah məntəqələrə gedib seçki prosesini izləyə biləcəyik. Onu deyə bilərəm ki,indiyə kimi heç bir şikayət eşitməmişəm: “Mən iyun ayında Bakıda idim, bir iclasda iştirak etmişdim. Səmimi olaraq deyə bilərəm ki, ölkə irəli gedir. İnkişaf etməkdədir. Seçkilər zamanı mən Qəbələdə olacağam”.

Bosniya Herseqovinadan olan müşahidəçi Nermina Kapetanoviç qeyd edib ki, biz iki gündür buradayıq. Yalnız ədalətli seçkilər gözləyirik. Sabah biz seçki prosedurlarının nece aparıldığını görəcəyik:”Hər şeyin qaydasında olmasına baxacağıq. Müşahidəçilərin hər hansı bir şikayəti olub-olmadığı ilə maraqlanacağıq. Biz seçki məntəqələrinin açıldığı andan onların bağlanmasına qədər orada iştirak edəcəyik, seçki bülletenlərinin və qutularının Mərkəzi Seçki Komissiyasına aparılmasına nəzarət edəcəyik. Bütün prosedurları izləyəcəyik. Ümid edirəm ki, seçkilər demokratik mühitdə keçiriləcək və yekun nəticələr Azərbaycan xalqının siyasi iradəsini əks etdirəcək. Ümidvaram ki, nəticələr Azərbaycanın gələcəyini də razı salacaq.

Bizim işimiz sabah gecə yarısı bitəcək. Bu Azərbaycana ikinci səfərimdir. Əvvəl də Albaniyada keçirilən seçkilərdə iştirak etmişəm. Doğrudan da həmin seçkilər çox demokratik şəraitdə keçirildi, heç bir şikayət yaranmadı. Ümid edirəm ki, eyni səviyyədə demokratiya Azərbaycan seçkilərində də müşahidə olunacaq”.

Serbiyadan olan müşahidəçi Stefana Miladinoviç də Publika.Az-a açılamsında deyib ki, bu mənim Azərbaycana ilk səfərimdir. Həmçinin, seçki qrupunda da ilk təcrübəmdir. Mən öz ölkəmdə seçki qrupunda iştirak etmişəm. Burada olduğuma görə çox həyəcanlıyam. Onu deyə bilərəm ki, buradakı seçki prosedurları da mənim ölkəmdə olduğu kimidir. Düşünürəm ki, hər şey yaxşı olacaq və hamı razı qalacaq. Əlbəttə ki, seçkilər də demokratik şəraitdə keçəcək.

Andorradan olan müçahidəçi Joan Tprres Puig də qeyd eib ki, bu mənim seçki müşahidəsi üçün Bakıya ikinci səfərimdir:”Burada gördüklərim haqqında onu deyə bilərəm ki, Bakı inkişaf edir və bura çox gözəldir. Keçən seçkilərdə də hər şey qaydasında və demokratik idi. Bu seçkilərdə də təşkilati məsələlər yüksək səviyyədədir. Mən düşünürəm ki, sabahkı seçkilərdə ilkin təəssürat çox yaxşı olacaq”.

publika.az