Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Hərbi qulluqçumuz şəhid olub
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur
ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb

Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatının gümüş medalını qazanıb. Həlledici görüşdə Gürcüstan idmançısı Quram Tuşişviliyə məğlub olan Uşanqi Kokauri dünya çempionatını ikinci pillədə başa vurub.

17:04

Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatının final mərhələsinə yüksəlib. Yarımfinalda özbəkistanlı Bekmurad Oltıboevi 22 saniyəyə ipponla məğlub edən cüdoçumuz qızıl medal uğrunda görüşdə Gürcüstan idmançısı Quram Tuşişvili ilə üz-üzə gələcək.

 

11:50

Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. Dörddəbir finalda çexiyalı Lukas Krpalekə qalib gələn idmançımız finala gedən yolda özbəkistanlı Bekmurad Oltıboev ilə üz-üzə gələcək.

 

11:40

Uşanqi Kokauri növbəti qələbəsini qazanıb. İdmançımız 1/8 final mərhələsində polşalı Masiey Sarnackidən üstün olub. Cüdoçumuzun növbəti rəqibi çexiyalı Lukas Krpalek olacaq.

 

11:12

Bakıda keçirilən dünya çempionatında 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz Uşanqi Kokauri ilk görüşünü qələbə ilə başa vurub.

AZƏRTAC xəbər verir ki, cüdoçumuz belaruslu Vladislav Tsiarpitskini məğlub edərək dünya çempionatının 1/8 final mərhələsinə adlayıb. İdmançımız növbəti mərhələdə polşalı Masiey Sarnacki ilə qarşılaşacaq.