Kişinyov (Moldova) şəhərində GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması üzrə Rəhbər Komitənin 16-cı iclası keçirilib. “APA-ECONOMICS”in GUAM-ın saytına istinadən xəbərinə görə, iclasda Rəhbər Komitənin üzvləri, eləcə də GUAM Katibliyinin proqram koordinatoru iştirak ediblər. Toplantı iştirakçıları Rəhbər Komitənin 15-ci iclasının yerinə yetirilmə vəziyyəti haqqında məlumatı dinlədikdən sonra GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması haqqında məsələləri müzakirə ediblər.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin aprel ayında dövlət büdcəsinə 121,005 mln. manat vəsait ödəyib. Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin aprel ayı ilə müqayisədə 30,3% artıb. Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında büdcəyə 443,427 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,6% çoxdur.
2012-ci ilin yanvar-aprelində Azərbaycanın Vergilər Nazirliyi dövlət büdcəsinə 2,24 milyard manat verginin daxil olmasını təmin edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir. Məlumata görə, mənfəət vergisi üzrə daxilolmalar vergi yığımlarının ümumi həcminin 46,2 faizini, əlavə dəyər vergisi 20,9, gəlir vergisi 10,8, akzis vergisi 6,4, başqa vergilər 15,7 faizini təşkil edir.
Tarix : 16-05-2012, 14:56
" Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək. Bu barədə çərşənbə günü Trend-ə Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov bildirib. Onun sözlərinə görə, həmin günlərdə Metropolitenin iş qrafiki artıq təsdiqlənib və Bakı Metropoliteni paytaxt sakinlərinin və qonaqların gücə-gündüz daşınmasını təmin etməyə hazırdır.
Tarix : 16-05-2012, 14:52
Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 498 190 nəfəri kişi, 777 440 nəfəri isə qadındır. Onlardan 807 941 nəfəri yaşa görə, 333 730 nəfəri əlilliyə görə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.
Tarix : 15-05-2012, 14:22
Azərbaycanın maye qazının Gürcüstanın Qara dəniz sahilləri vasitəsilə Rumıniyaya nəqli üzrə AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) sentyabrda hazır olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ATƏT Parlament Assambleyasının Batumidə keçirilən iqtisadi forumunda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib. Xetaqurinin sözlərinə görə, Azərbaycandan Avropaya maye qazın nəqlinin yeni marşrutu çox vacibdir. "Azərbaycanın, Gürcüstanın və Ruminiyanın iştirak etdiyi razılaşmaya Azərbaycandan maye qaz almaq istəyən Macarıstan da qoşulur", - o qeyd edib.
Tarix : 14-05-2012, 14:19
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilin sonunadək pensiyaların təyin olunmasının avtomatlaşdırılmasının başa çatdırılmasını planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov məlumat verib. "2006-cı ilədək pensiyaya çıxan pensiyaçılar haqqında məlumatın toplanması prosesi başa çatan kimi pensiyaların təyin olunması funksiyası tam avtomatlaşdırılacaq", - Müslümov deyib.
Tarix : 10-05-2012, 14:20
Azərbaycanın Nazirlər Kabineti əlavə dəyər vergisi (ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını təsdiq edib. Qayda Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli qərarı ilə təsdiqlənib. NK qərarının mətnində deyildiyi kimi, ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür.
Azərbaycanda bu il ərzində pensiyalarda artım olub-olmayacağı hələlik məlum deyil. Bunu “APA-ECONOMICS”ə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, pensiyaların artırılmasına bilavasitə Fondun daxilolmaları və dövlət büdcəsinin gəlirləri ilə cari vəziyyət təsir edir: “Hazırkı daxilolmalar və dövlət büdcəsində edən transfertlər son artırmaların ödəməyə tam təmin edir”.
Gələn ildən Bakıda sakinləri yeni ünvanvermə qaydalarına uyğun olaraq elektron şəkildə özlərinə lazım olan ünvanları ala biləcək. “APA-ECONOMICS”in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Ünvan Reyestrinin aparılması qaydaları müəyyənləşib, bu istiqamətdə Koreya şirkəti ilə danışıqlar aparılıb: “Gələcəkdə Azərbaycanda insanlar internet vasitəsilə ünvanları ala biləcək ki, bu da MDB məkanında indiyədək rast gəlinməyən bir hadisədir”.
|