Nazir: "Bu il Azərbaycanda 2,5 mln. ton taxıl istehsal olunacaq"
İqtisadiyyat / (5-07-2011, 12:17)

"Azərbaycanda taxıl yığımı uğurla davam edir, məhsuldarlıq səviyyəsi qaneedicidir". Bunu "APA-ECONOMICS"ə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O bildirib ki, hazırda ölkədə əsasən arpa yığımı aparılır: "Bir sıra yerlərdə, o cümlədən Aran rayonlarında buğda yığımı da başlayıb".  İ.Abasov 2011-ci ildə taxıl üzrə məhsuldarlığın keçən ilə nisbətən artıq olacağını bildirib: "Artım 500 min ton olacaq". Qeyd edək ki, cari il üçün Azərbaycanda 945 min hektar sahədə taxıl məhsulları əkilib. Bunun da 660 min hektarı ərzaq buğdasıdır. Ötən il ölkədə təxminən 2 mln. tona yaxın taxıl istehsal olunub./APA/


AVCIYA.AZ Yuxarı