Azərbaycan iqtisadiyyatı son bir ildə 0,3% artıb
İqtisadiyyat / (17-11-2011, 14:19)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 40,7 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 0,3% və yaxud müqayisəli qiymətlərlə 95,8 mln. manat artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ÜDM-in 27,8 mlrd. manatı və ya 68,4%-i məhsul istehsalı sahələrində, 10,5 mlrd. manatı, yaxud 25,7%-i xidmət sahələrində yaradılıb, 2,4 mlrd. manatı (5,9%-i) isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Hesabat dövründə adambaşına 4 499,7 manatlıq (5 693,7 ABŞ dolları) əlavə dəyər istehsal olunub.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8,6% artıb, neft sektorunda isə 7,8% azalıb.
Xatırladaq ki, Dünya Bankı 2011-ci il ərzində Azərbaycanda iqtisadi artım tempinin 4,2%, 2012-ci ildə - 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı hər iki il üçün 3%, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə - 2,8%, 2012-ci ildə - 2,5%, Asiya İnkişaf Bankı hər iki il üçün 5,8%, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-ci ildə - 3,5%, 2012-ci ildə - 4,1%, Azərbaycan hökuməti isə 2011-ci ildə - 0,9%, 2012-ci ildə isə 5,7% təşkil edəcəyini proqnozlaşdırır. /APA/


AVCIYA.AZ Yuxarı