AZAL aviaşirkəti Bakı-Zaqatala və Bakı-Lənkəran aviareyslərini dayandırıb
İqtisadiyyat / (30-11-2011, 14:36)

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb. Bu barədə «APA-ECONOMICS»ə AZAL-dan bildirilib. Şirkətdən bildirilib ki, bu marşrutlar üzrə aviareyslər bu gündən etibarən 2012-ci il mart ayının 24-dək təxirə salınır: «Aviareyslərin təxirə salınması bu marşrutla uçan sərnişinlərin az olması ilə bağlıdır. Bu da öz növbəsində mövsümi amillə əlaqədardır. Buna baxmayaraq, reyslərin martın 24-dən daha tez bərpa olunması da istisna olunmur».
Xatırladaq ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb.
Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. Perspektivdə aviaşirkət Bakı-Qəbələ marşrutu üzrə də aviareys açmaq niyyətindədir. /APA/


AVCIYA.AZ Yuxarı