Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «Bank faizlərini aşağı salmağı düşünürük»
İqtisadiyyat / (7-12-2011, 11:21)

«Biz çalışmalıyıq ki, bank faizlərini aşağı salaq və kapital ucuzlaşsın». «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bank faizlərinin aşağı salınması və kapitalın ucuzlaşması qeyri-neft sektorunun inkişafı və onun şaxələndirilməsi üçün vacibdir: «Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər».
E.Rüstəmov kapitalın əsas mənbəyinin bank kreditləri olduğunu vurğulayıb: «Biz yaxın illərdə inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərti ilə bank faizlərini aşağı salmağı düşünürük». /APA/


AVCIYA.AZ Yuxarı