Fevralın 1-də Bakı-Doha aviareysi açılacaq
İqtisadiyyat / (8-12-2011, 12:45)

Dünyanın tanınmış aviaşirkəti olan «Qatar Airways» Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi açır. Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-ECONOMICS»ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara 2012-ci il fevral ayının 1-dən etibarən başlanacaq: «Bakıdan Dohaya uçuşlar həftənin hər günü yerinə yetiriləcək. Sərnişinlər həftənin II, IV və V günləri saat 18:00-da, I, III, VI və VII günləri isə saat 22:30-da Bakıdan Dohaya uça biləcəklər».
Qeyd edək ki, uçuşlar «Airbus-320» avialayneri ilə yerinə yetiriləcək. Bakı-Doha-Bakı aviareysinə aviabiletin minimal qiyməti 728 avro təşkil edir. /APA/


AVCIYA.AZ Yuxarı