Dekabrın 1-dək Azərbaycanda qarğıdalı da daxil olmaqla 2 457,9 min ton taxıl yığılıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə, həmçinin 938.5 min ton kartof, 1 196,5 min ton tərəvəz, 58 min ton pambıq, 761,2 min ton meyvə və giləmeyvə, 477,9 min ton bostan məhsulları, 135 min ton üzüm, 235,3 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 513,6 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 417,2 min ton ət, 1 491,5 min ton süd, 916,5 mln. ədəd yumurta və 15,9 min ton yun istehsal olunub. Kartof və yaşıl çay yarpağı istisna olmaqla qalan bitkiçilik məhsulları və yumurta istisna olmaqla heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 9,4%, heyvandarlıq məhsulları istehsalı 3,6% və kənd təsərrüfatının ümumi məhsulu 6,8% artıb.
Qeyd edək ki, 2012-ci ilin məhsulu üçün 965,3 min hektar sahədə şum qaldırılıb, 831,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 598,9 min hektar sahədə buğda, 232,4 min hektar sahədə arpa səpilib. /APA/