Bu il təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin həcmi rekord həddə - 350 mlrd. dollara çatıb. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə İsveçrənin “Swiss Reinsurance Co” təkrarsığorta şirkəti açıqlama yayıb. Ötən il bu göstərici 226 mlrd. dollar olub. Dünya sığortaçıların təbii fəlakətlər nəticəsində uğradığı zərər ötən il 48 mlrd. dollar təşkil etdiyi halda, bu il iki dəfədən çox artaraq 108 mlrd. dollara çatıb. Bununla belə, bu göstərici 2005-i ilin rekord göstəricisindən (123 mlrd. dollar) aşağı olub.
Sığrtaçılara ən çox zərəri bu ilin 11 martında Yaponiyada baş verən zəlzələ və sunami olub - 35 mlrd. dollar. Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən zəlzələ sığortaçılara 12 mlrd. dollara, Tailand daşqınları 11 mlrd. dollara başa gəlib. /APA/