Bakı-Minvodı aviareysi üzrə xüsusi tarif aksiyası keçirilir
İqtisadiyyat / (19-12-2011, 11:07)

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Mineralnıye Vodı marşrutu üzrə birbaşa sərnişin aviareysi üzrə xüsusi tarif aksiyası keçirir. AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Bakı-Minvodı-Bakı marşrutu üzrə aviabiletlərə xüsusi tarif aksiyası keçirilir: «Sözügedən marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 137 manat, Bakıdan Minvoda 79 manat, Minvodı-Bakı marşrutu üzrə isə 58 manat təşkil edir. Artıq bilet satışına başlanılıb və göstərilən qiymətlərə bütün vergi və yığımlar daxildir».
Qeyd edək ki, Bakı-Minvodı marşrutu üzrə uçuşlar hər həftənin I və III günləri saat 14:10-da «Airbus A-320» təyyarəsi ilə həyata keçirilir.
Xatırladaq ki, bundan öncə Bakı-Minvodı-Bakı aviaresinə biletin minimal qiyməti 200 manatdan artıq olub.
/APA/


AVCIYA.AZ Yuxarı