Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 20,1 mln. ton yük və 3 202,6 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə dəmir yolu nəqliyyatı ilə yük daşımalarının həcmi 0,7%, sərnişin daşınması isə 28,1% azalıb. «Orta hesabla sutkada 695 vaqon yüklənib, 485 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,9 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə isə 3,4 min ton yüklənmə işi yerinə yetirilib», - deyə Komitədən bildirilib.
Eyni zamanda, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,6% azalaraq 7,179 mln. ton-km, sərnişin dövriyyəsi isə 27,6% azalaraq 613 mln. sərnişin-km təşkil edib. /APA/