ARDNŞ Almaniyada nanotexnologiya mərkəzi yaradır
İqtisadiyyat / (9-01-2012, 15:33)

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın Şimali Reyn Vestfaliya Federal vilayətinin İqtisadi İnkişaf Agentliyi "NRW.İNWEST GmbH" və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri "NanoMikro+Werkstoffe.NRW" arasında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir. Memorandumu ARDNŞ tərəfindən şirkətin prezidenti Rövnəq Abdullayev imzalayıb.

Sənəd Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-nin iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tətqiqatı və transferini nəzərdə tutur. /Trend/


AVCIYA.AZ Yuxarı