ARDNŞ ərazilərindəki qanunsuz tikililər şirkətin reytinqlərinə təsir edir
İqtisadiyyat / (17-01-2012, 15:07)

İstehsalat meydançaları və boru kəmərlərinin kənarındakı qanunsuz tikililər ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iri beynəlxalq şirkət kimi formalaşması prosesinə, eləcə də reytinq agentliklərinin reytinq verməsinə təsir edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin rəhbəri, parlamentin deputatı Rövnəq Abdullayev öz seçiciləri ilə görüşündə deyib. Onun sözlərinə görə, şirkətin fəaliyyəti qiymətləndirilərkən təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılır.

2011-ci ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunusuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Təkcə 2012-ci ildə "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır. /Trend/


AVCIYA.AZ Yuxarı