AZAL daxili aviareyslərin göndərilməsi və qəbulu yerini dəyişib
İqtisadiyyat / (18-01-2012, 10:40)

«Azərbaycan Hava Yolları» QSC (AZAL) ölkədaxili aviareyslərin göndərilməsi və qəbul edilməsi yerini dəyişib. AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, daxili reyslərin (Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) göndərilməsi və qəbul edilməsini yeni aerovağzal kompleksinin tikintisinin başa çatmasına qədər Bakıdan – Heydər Əliyev Hava Limanının inşa edilmiş müvəqqəti terminalından həyata keçirilir: «Bu terminal Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində yük terminalının (Baku Cargo Terminal) yanında yerləşir. Göstərilən müvəqqəti terminalda sərnişinlərə rahat səyahət üçün hər cür şərait (kafe, gözləmək üçün kreslolar və s.) yaradılacağını xüsusi qeyd etmək istəyirik. Müvəqqəti çətinliyə görə üzr istəyirik».


AVCIYA.AZ Yuxarı