Hava şəraiti Azərbaycanın nəqliyyat infrastrukturunun işinə təsir etməyib
İqtisadiyyat / (26-01-2012, 15:30)

Hava şəraitinin pisləşməsinə və temperaturun aşağı düşməsinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işləyir. Bu barədə cümə axşamı Trend-ə Bakı aeroportundan məlumat verilib. "Hazırda təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur", - aeroportdan bildiriblər. Cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Trend-ə dediyi kimi, hava şəraiti Bakı Dəmiryol Vağzalının işinə, eləcə də dəmiryol reyslərinin həyata keçirilməsinə təsir etməyib.

"Hazırda vağzalın işində və reyslərin həyata keçirilməsində problem yoxdur", - Əzməmmədov bildirib. /Trend/


AVCIYA.AZ Yuxarı