Hava şəraiti ilə əlaqədar Astana-Bakı aviareysi təxirə salınıb
İqtisadiyyat / (30-01-2012, 10:40)

Hava şəraitinin əlverişsiz olması səbəbindən Astana-Bakı aviareysi təxirə salınıb. Bu barədə «APA-ECONOMICS»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Hava limanından verilən məlumata əsasən, Astanada (Qazaxıstan) hava şəraiti uçuş üçün əlverişsizdir və məhz bu səbəbdən bu gün saat 09:10-da «Skat» aviaşirkətinin Astana-Bakı marşrutu üzrə havaya qalxmalı olan təyyarənin uçuşu saat 11:15-dək təxirə salınıb: «Bu səbəbdən bu gün saat 13:30-də yerinə yetirilməli Bakı-Astana aviareysi də saat 15:50-dək təxirə salınıb».
Aeroportdan həmçinin bildirilib ki, Bakıdan digər şəhərlərə beynəlxalq və daxili aviareyslər qrafik üzrə yerinə yetirilir. /APA/


AVCIYA.AZ Yuxarı