|
Azərbaycan İKT sahəsində xarici investisiyaların cəlb edilməsi təcrübəsi ilə tanış olacaq
İqtisadiyyat / (6-02-2012, 11:07)
Məlumata görə, RRB-yə üzv ölkələrin təcrübəsi martın 6-8-də İsveçrədə keçiriləcək RRB-nin Rabitə iqtisadiyyatı üzrə komissiyasının 29-cu iclası çərçivəsində təqdim olunacaq. Komissiya habelə MDB ölkələrində rouminq tariflərinin tənzimlənməsi imkanları üzrə təklifi və RRB-nin iştirakçısı olan ölkələrin rabitə operatorlarının vahid tarif yanaşmalarının formalaşmasını da nəzərdən keçirəcək. /Trend/ Oxşar xəbərlər:
|












Azərbaycan elektrik rabitəsi şəbəkələrinin gələcək inkişafı, yeni xidmət və texnologiyaların tətbiqi, eləcə də qanunvericilik səviyyəsində bu məsələlərin nizamlanması prinsiplərinin tətbiqi üçün İKT sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyasının təcrübəsi ilə tanış olacaq. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.