“Qazprom” şirkəti Avropanın qaza olan tələbatını ödəyə bilmədiyini etiraf edib
İqtisadiyyat / (6-02-2012, 11:10)

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Andrey Kruqlov hazırda avropalı istehlakçıların müqavilədə nəzərdə tutulduğundan əlavə sifarişlərini yerinə yetirmək iqtidarında olmadıqlarını etiraf edib. “APA-ECONOMICS”in RBK-ya istinadən xəbərinə görə, Andrey Kruqlov bunu baş nazir Vladimir Putinin Avropa ölkələrinə qaz nəqli ilə bağlı sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, “Qazprom” Qərbi Avropa ölkələrinə müqavilələrdə nəzərdə tutulan qaydada qaz nəql edir: “Lakin bu tərəfdaşlarımızın əlavə qaz nəqlinə dair sifarişlərini hazırda yerinə yetirə bilmirik”.
A.Kruqlov onu da qeyd edib ki, bir neçə gün ərzində Avropa ölkələrinə qaz ixracının həcmi 10%-ə qədər azalıb, lakin sonradan müqavilələrdə nəzərdə tutulan həcmə qaldırılıb. /APA/


AVCIYA.AZ Yuxarı