Azərbaycan investisiyalar ixrac edən ölkəyə çevrilib - nazir
İqtisadiyyat / (7-02-2012, 15:30)

Son illər ərzində Azərbaycan xarici ölkələrə 6 milyard dollar sərmayə yatırıb. Trend-in məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı rəsmi mətbuata verdiyi müsahibəsində bildirib. "Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilmiş templəri ölkənin maliyyə imkanlarının genişləndirilməsinə və xarici ölkələrə yatırımlar üçün əlverişli şəraitin yaranmasına imkan verir. Azərbaycan artıq investisiyalar ixrac edən ölkəyə çevrilib", - nazir deyib.

Mustafayevin sözlərinə görə, 2011-ci ildə investisiya imkanlarının araşdırılması məqsədilə Balkan ölkələrinə və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfərlər təşkil edilib. Həmin səfərlər zamanı qurulan əlaqələr yerli şirkətlərin xarici ölkələrə fəal yatırımları sahəsində imkanlarını artırır və onların fəaliyyətlərinin genişləndirilməsinə xidmət edir. /Trend


AVCIYA.AZ Yuxarı