Neftin bir barelinin qiyməti 105,84 dollara qədər artıb
İqtisadiyyat / (22-02-2012, 10:19)

Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında Light Sweet Crude Oil markalı neftin bir barelinin qiyməti 2,60 dollar artaraq 105,84 dollar təşkil edib. APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə dünya bazarında neftin qiyməti artaraq son doqquz ayda maksimum həddə çatıb. Neftin qiymətinin artması Aİ-nın Yunanıstana yeni kreditlərin verilməsinə dair qəbul etdiyi qərar və İran ətrafında gərginliklə əlaqələndirilir. /APA/


AVCIYA.AZ Yuxarı