Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
22 Oktyabr 2008, 16:10    Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir
Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilirBuxarestdə (Rumıniya) Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli görüşlər təşkil etmək, birgə əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq və ölkəyə xarici investisiyaların cəlb edilməsinə yardım etməkdən ibarətdir.

Azərbaycanı bu tədbirdə 15 nəfərdən ibarət mebel, tikinti, ticarət, tibb sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri təmsil edir.

Forum çərçivəsində Rumıniya Sənayeçilər Birliyi (UGİR) ilə ASK arasında əməkdaşlıq sazişi imzalanacaq. Saziş Azərbaycan və Rumıniyada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə, yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması, sərgi və yarmarkalarda birgə iştirak etmək, bu sərgi və yarmarkalarda hər iki tərəfin sahibkarlarının daha geniş təmsil olunmalarına, birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və digər sahələri əhatə edir.

Qeyd edək ki, azərbaycanlı iş adamları Rumıniya Sənaye Ticarət Palatası, Rumıniya Xarici İnvestisiyalar Agentliyi, Azərbaycanın Rumıniyadakı səfirliyində, habelə Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının İdarə Heyəti ilə görüşlər keçirəcəklər. /APA/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası