Gürcüstan və Azərbaycanın dəmir yolları Avrasiya nəqliyyat dəhlizi yaradırlar
İqtisadiyyat / (5-09-2011, 14:41)

Gürcüstan və Azərbaycanın dəmir yolları "Xəzər dənizi-Qara dəniz" dəmir yol magistralı hesabına qısa yolla Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Avrasiya nəqliyyat dəhlizi yaradırlar. Trend-in məlumatına görə, "Gürcüstan dəmir yolu" SC-dən bildirilib ki, şirkət ölkənin mərkəzi dəmir yolu magistralının tam modernləşdirilməsini və Rilot aşırımı üzrə yeni birbaşa yolun tikintisini nəzərdə tutan "Sürətli dəmir yolu" strateji layihəsini həyata keçirir.

Öz növbəsində "Azərbaycan Dəmir Yolları" QSC dövlət inkişaf planı çərçivəsində dəmir yol infrastrukturunun tam modernləşdirilməsini nəzərdə tutan modernləşdirmə və reabilitasiya proqramının həyata keçirilməsinə başlayıb.

Proqramda nəzərdə tutulan işlərə artıq başlanıb. Habelə dəmiryol nəqliyyatı vasitələrinin yenilənməsini və vaqon parkına dəyişən cərəyanla işləyən 50 yeni elektrovozun və 4000 vaqonun alınmasını nəzərdə tutur .

"GDY-nin "Sürətli dəmir yolu" layihəsi, eləcə də "Azərbaycan Dəmir Yolları" QSC-nin modernləşdirmə və reabilitasiya proqramı nəqliyyat dəhlizinin əsas iştirakçıları kimi hər iki ölkə üçün vacibdir. Bu layihələr yükdaşımalar üzrə xidmətlərin daha effektiv olması və yeni yüklərin cəlb edilməsinə təsir edəcək", - "Gürcüstan dəmir yolu"nun məlumatında qeyd edilir. /Trend/


AVCIYA.AZ Yuxarı