Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərə çatıb
İqtisadiyyat / (5-09-2011, 14:53)

Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, 2011-ci ilin yanvar-iyun aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 370,2 min nəfər, orta siyahı sayı isə 1 354,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 854,2 min nəfər, qeyri-dövlət bölməsində isə 500,2 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1 317,9 min nəfər çalışıb: "Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 315,3 min nəfər təşkil edib".
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,5%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,8%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5,4%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub: "Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Eyni zamanda, 2011-ci il avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,1 min nəfər olub, onların 42,9%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 176,1 manat olub./APA/


AVCIYA.AZ Yuxarı