Neftin ucuzlaşması davam edir
İqtisadiyyat / (12-09-2011, 10:43)

Sentyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,81 dollar və ya 2% azalaraq 1 barelə görə 87,24 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 9-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,82 dollar və ya 1,6% azalaraq 112,73 dollar təşkil edib.
  /APA/


AVCIYA.AZ Yuxarı