Azərbaycanda bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı 2008-ci il üzrə tədqiqat aparılıb » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
1 Aprel 2009, 12:04    Azərbaycanda bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı 2008-ci il üzrə tədqiqat aparılıb
Azərbaycanda bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı 2008-ci il üzrə tədqiqat aparılıbMartın 31-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı 2008-ci il üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə birliyin rəhbəri Rövşən Ağayev 2008-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
R.Ağayevin sözlərinə görə, ötən il ərzində Azərbaycanda bələdiyyə büdcələrinin faktiki daxilolmaları 43,077 mln. manat təşkil edib və 2007-ci ilin yekunları ilə müqayisədə azalma müşahidə olunub. Belə ki, Bakı şəhəri üzrə bələdiyyələrin büdcə gəlirləri 2008-ci il ərzində 30%, Sumqayıtda 40,4%, Gəncədə isə təxminən 3 dəfə azalıb.
Aparılan tədqiqat göstərib ki, yerli büdcə gəlirlərinin proqnozlaşdırılan məbləği 75,093 mln. manat, adambaşına düşən yerli büdcə gəlirləri isə 4,9 manat olub. Həmçinin, bələdiyyələr üzrə büdcə gəlirlərinin strukturunda vergi daxilolmalarının həcmi 29,2% artaraq 11,547 mln. manat, o cümlədən torpaq vergisi üzrə gəlirlər 0,9% artaraq 7,044 mln. manat, tikinti materialları və mədən vergisi üzrə 2,5 dəfə artaraq 1,079 mln. manat, küçə reklamları üzrə daxilolmalar isə 32,5% ataraq 91,3 min manata çatıb. Eyni zamanda, yerli büdcə üzrə faktiki xərclər 47,528 min manat təşkil edib. Xərclərin tərkibində vəsaitlər əsasən yerli özünüidarə orqanlarının və yerli əhəmiyyətli yolların saxlanılmasına və ərazilərin abadlaşdırılmasına ayrılıb.
Sonda R.Ağayev bələdiyyələrin statusunun artırılması və yerli büdcələrin dövlət tərəfindən maliyyələşdirilməsi üçün İctimai Birlik tərəfindən üç alternativ təklifin hazırlandığı bildirib. Bura transfertlərin həcminin artırılması, məqsədli büdcə transfertlərinin tətbiqi yolu ilə dövlət tərəfindən maliyyə yardımının göstərilməsi və məqsədli büdcə transfertlərinin verilməsi ilə paylı vergi sisteminin tətbiqi daxildir./APA/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası