
Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın qeyri-neft sektoruna müsbət təsir göstərə bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rəhim Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, böhran dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin dünya bazarına çıxması üçün əlverişli şərait yaranır: «Böhran dövründə dünya bazarına çıxmaq üçün şans artıb və bundan istifadə etmək lazımdır»./APA/