Bakıda BMT-nin Avropa İqtisadi Komissiyasının iclas keçirilir
İqtisadiyyat / (22-09-2011, 11:55)

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Trans-Avropa Dəmir Yolları (TER) Layihəsinin İcraiyyə Komitəsinin 30-cu iclası və Xüsusi Dəmir Yolu İnfrastrukturunun İnkişafı, Dəmiryolu Bərələri/Dəniz Limanlarına dair Konfransı keçirilir. Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, nazirlikdə təşkil edilən iclasda nəqliyyat-yol kompleksinə dair müxtəlif məsələlər müzakirə olunur.
Üç gün davam edən və artıq bu gün başa çatacaq iclasda Avstriya, Bosniya və Hersoqovina, Rumıniya, Rusiya, Sloveniya, Slovakiya, Xorvatiya nümayəndələri iştirak edir. Konfransda Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Dövlət Gömrük Komitəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri iştirak edir. /APA/


AVCIYA.AZ Yuxarı