Bakı metrosunda sərnişindaşıma 12% azalıb
İqtisadiyyat / (27-09-2011, 10:27)

Bu ilin avqust ayı ərzində Bakı Metropolitenindən 12,1 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 11,6% azalıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında metrodan 117,2 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,7% azdır.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
/APA/


AVCIYA.AZ Yuxarı