ARDNŞ yeni gəmini istismara verib
İqtisadiyyat / (5-10-2011, 12:48)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər Dəniz Neft Donanması Alyansı və "BUE Caspian" şirkəti "BP Azerbaijan" şirkəti üçün "Caspian Provider2 təchizat gəmisini istismara verib. İstismara təhvilvermə mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iştirak edib. Gəmi alyansın "BP Azerbaijan" şirkəti ilə imzaladığı müqavilə əsasında Xəzərə buraxılan sayca 16-cı gəmidir.

Gəminin uzunluğu 73,4 metr, eni 16 metrdir. Əsas mühərriklərin gücü 6300 at gücüdür.

"Caspian Provider" gəmisi bu gündən "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağındakı platformalarda xidmət göstərməyə başlayacaq.

2012-ci ildə "BP Azerbaijan" şirkətinə xidmətlərin göstərilməsi üçün Bakıya iki yedək-təchizat gəmisinin gətirilməsi planlaşdırılır./Trend/


AVCIYA.AZ Yuxarı