Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti artır » Avciya.az
az | en | ru
“Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»... Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Türkiyə-Azərbaycan üçbucağının bir hissəsidir... ATƏT PA sədri: Dağlıq Qarabağ probleminin həlli vaxtı çatıb...
2 Fevral 2010, 12:02    Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti artır
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti artır Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Rumıniyanın sənaye və iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini Tüdor Şeban ilə görüşü zamanı deyib.
Nazirin dediyi kimi, bu il Azərbaycanda 52,5 milyon ton neft və 28,1 milyon kubmetr qaz hasil olunacaq.
"Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə sutkada təxminən 900 min barel neft göndərilir", - nazir deyib.
Bu il yanvarın 13-də Gürcüstanda keçirilən energetika konfransı çərçivəsində Rumıniya tərəfi Azərbaycan-Gürcüstan-Rumıniya istiqaməti üzrə qaz nəqli marşrutlarının inkişafı üçün əməkdaşlıq haqqında üçtərəfli müqavilə imzalamağı təklif edib. Rumıniya hökuməti hesab edir ki, bu layihə yalnız Rumıniya üçün deyil, həmçinin Aİ ölkələrini qazla təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Rumıniya Aİ-nin dəstəklədiyi bu layihənin maliyyələşdirilməsi məsələsində bir neçə alternativ təklifə malikdir. /Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası