Azərbaycan və Türkiyə Azərbaycan qazının dəyəri barədə razılığa gəliblər » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
2 Fevral 2010, 15:02    Azərbaycan və Türkiyə Azərbaycan qazının dəyəri barədə razılığa gəliblər
Azərbaycan və Türkiyə Azərbaycan qazının dəyəri barədə razılığa gəliblərAzərbaycan və Türkiyə "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində əldə edilən Azərbaycan qazının qiyməti məsələsi barədə razılığa gəliblər. ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev çərşənbə axşamı deyib.
"Birinci mərhələ çərçivəsində qiymət məsələsi razılaşdırılıb. İkinci mərhələ çərçivəsində bu məsələ hələlik razılaşdırılmayıb. Nəticə etibarilə də bütün paket üzrə (məsələlər) qəti qərar qəbul edilməyib", - Abdullayev deyib.
Onun sözlərinə görə, hal hazırda Azərbaycan və Türkiyə arasında qaz sahəsindəki qarşılıqlı əlaqələr məsələlər paketi çərçivəsində müzakirə edildiyi üçün bir məsələnin digəri olmadan razılaşdırılması qəti razılığın olmamasından xəbər verir.
Tərəflər arasında müzakirə edilən paketə "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələsindən əldə edilən qazın qiyməti məsələləri, tranzit şərtləri və tranzitin dəyəri məsələləri daxildir.
Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir.
Türkiyə ilə bağlanmış müqavilədə göstərildiyi kimi, "Şahdəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 5-dən tətbiq olunmalıdır.
Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Bu yatağın işlənməsinin ikinci mərhələsində hər il 20 milyard kubmetr qazın əlavə olunması planlaşdırılır.
"Şahdəniz"də ehtiyatlar 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 %, Statoil - 25,5 %, NICO - 10%, Total- 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. /Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası