İran Xəzərdə ilk kəşfiyyat quyusunun qazılma tarixini müəyyən edib » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
3 Fevral 2010, 15:02    İran Xəzərdə ilk kəşfiyyat quyusunun qazılma tarixini müəyyən edib
İran Xəzərdə ilk kəşfiyyat quyusunun qazılma tarixini müəyyən edibİran Xəzərdə özünün ilk kəşfiyyat quyusunun qazılmasına fevralın 11-də başlayacaq. İranın neft nazirinin müavini Seyfullah Caşnsaz bildirib.
Bu quyu Əmir Kəbir platforması (keçmiş İran-Alborz) vasitəsi ilə qazılacaq. İlk kəşfiyyat quyusunun qazılması üzrə hazırlıqlar artıq başa çatıb. Bu barədə MEHR agentliyi məlumat verib.
Caşnsazın sözlərinə əsasən, Xəzərdə iki kəşfiyyat quyusunun qazılması üçün lazımi avadanlıq hazırdır. "Əmir Kəbir platforması öz yerində quraşdırılacaq və ümid edirəm ki, İran İslam İnqilabının 31-ci ildönümündə fevralın 11-də ilk quyu qazılmağa başlayacaq.
Həmçinin nazir müavini bildirib ki, Asiya şirkətlərinin biri ilə Xəzərdə kəşfiyyat quyusunun qazılması üzrə razılaşma əldə olunub./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası