Türkiyə qazın qiymətinə dair Azərbaycanla razılaşmağı nəzərdə tutur » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
3 Fevral 2010, 15:02    Türkiyə qazın qiymətinə dair Azərbaycanla razılaşmağı nəzərdə tutur
Türkiyə qazın qiymətinə dair Azərbaycanla razılaşmağı nəzərdə tuturTürkiyə Azərbaycan qazının hazırkı qiymətini münasib hesab etmir və qazı yeni razılaşdırılmış qiymət üzrə alacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Ankarada mətbuat konfransında deyib. Məlumatı Anadolu agentliyi verib.
" 2008-ci il aprelin 15-indən etibarən biz Azərbaycandan qaz almırıq, çünki bu qiyməti biz münasib hesab etmirik. Biz qazın uyğunlaşdırılmış qiyməti üzrə qaz alacağıq. Biz bunu həmçinin Azərbaycan tərəfinə bildirmişik. Biz inanırıq ki, qazın hazırkı qiyməti uzun müddət dəyişilməz qalmayacaq. Biz Azərbaycandan alınan qazın qiymətinin artırılmasına hazır olacağıq, belə ki, biz yeni qiymətləri əvvəlcədən öz hesablarımıza daxil etmişik. Lakin biz qiymət təklifi etmişik, bu təklif bizim ölkənin maraqlarını qane edir və Azərbaycanın maraqlarına zərər vermir", - Taner Yıldız deyib.
Onun sözlərinə görə, "Nabukko" layihəsinə dair işlər qrafik üzrə gedir.
Nazirin qeyd etdiyi kimi, Türkiyəyə atom enerjisinin əldə edilməsinə başlamaq lazımdır.
"2010-cu il ölkədə atom enerjisinin inkişaf ili olacaq", - Taner Yıldız deyib./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası