Fransa və Türkmənistan türkmən qazının Azərbaycan üzərindən ixracı məsələsini nəzərdən keçirirlər » Avciya.az
az | en | ru
Əmək pensiyalarının minimum səviyyəsinin artırılması üçün tədbirlər həyata keçirilir ... Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olmasını həqiqətəuyğun hesab etmir... Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir... Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər... Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb ... Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər ... 9-cu və 11-ci siniflərdə keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir... Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir ... Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər... “Ukraynada yeni seçki keçirmək üçün pul yoxdur”...
4 Fevral 2010, 16:02    Fransa və Türkmənistan türkmən qazının Azərbaycan üzərindən ixracı məsələsini nəzərdən keçirirlər
Fransa və Türkmənistan türkmən qazının Azərbaycan üzərindən ixracı məsələsini nəzərdən keçirirlərFransa Respublikasının Prezidenti Nikola Sarkozi Türkmənistan rəhbəri Qurbanqulu Berdiməhəmmədovdan Türkmənistana rəsmi səfər təklifi alıb.
Fevralın 1-dən 3-nə kimi Parisə ilk rəsmi səfərdə olan Berdiməhəmmədov ölkədə olduğu müddətdə səmimi qarşılanma və dəvətə görə Fransa tərəfinə razılığını bildirib.
Səfər çərçivəsində hökumətlərarası müqavilə paketi imzalanıb, Türkmənistan bazarına maraqlı olduğunu bildirən Fransız şirkətləri ilə birgə biznes-forum keçirilib. Tərəflər Türkmənistan qazının Avropaya ixracı imkanlarını öyrənir, ilk variant kimi Xəzər və Azərbaycan vasitəsi ilə Nabukko layihəsi çərçivəsində nəqlin həyata keçirilməsi nəzərdən keçirir.
Parisdə bağlanan sənədlər arasında "Türkmənistan-Fransa birgə iqtisadi əməkdaşlıq üzrə beynəlxalq komissiyasının yaradılması barədə müqavilə", "Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə protokolu", "Mədəniyyət, təhsil, elm və texnika sahəsində əməkdaşlıq haqqında müqavilə", "Muzey işləri sahəsində Mədəniyyət Nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə", "Türkmənistanın ticarət və sənaye palatası və Fransa Müəssisələr hərəkatı arasında əməkdaşlıq haqqında müqavilə" vardır.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Kəmərin uzunluğu 3300 kilometrdir./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası