Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunub » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
4 Fevral 2010, 18:02    Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunub
Azərbaycanda 42 dövlət orqanındakı 771 vakant yerə müsabiqə elan olunubAzərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apelyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.
Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
İlk dəfə olaraq müsabiqəyə apelyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü (dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində), qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahəsindəki bilikləri yoxlanılacaq.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi vebsaytında yerləşdirilib.
Tet imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası