Azərbaycanın rabitə operatoru TAC-Kart sisteminin əhatə zonasını genişləndirir » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
8 Fevral 2010, 16:02    Azərbaycanın rabitə operatoru TAC-Kart sisteminin əhatə zonasını genişləndirir
Azərbaycanın rabitə operatoru TAC-Kart sisteminin əhatə zonasını genişləndirirRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom istehsalat birliyi Mingəçevir telekommunikasiya xəttində TAC-Kart sisteminin tətbiqi üzrə işləri başa çatrdırıb. Bu barədə Nazriliyin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, TAC-kart hazırda Sumqayıt, Gəncə, Şəki, Quba, Şirvan və Naxçıvan Muxtar Respublikasının telekommunikasiya xətlərində təqdim olunur.
Tac-Kart sisteminin əhatə zonasının və funksionallığının genişlənməsi "Aztelekom"un gələcək planlarına daxildir. Operator yaxın zamanlarda şəhərlərarası və beynəlxalq xidmətlər, internetə girişlə yanaşı İP protokolu üzərindən qısa mesaj göndərmək xidmətini də təqdim edəcək.
TAC KART - rabitə sahəsində debitora alternativ olaraq yaradılmış kredit sistemidir. Abunəçi debitor sistemi ilə həyata keçirilmiş beynəlxalq və şəhərlərarası danışıqlara görə ödəməni TAC KART sistemi vasitəsilə pul vəsaitini telefonun balansına köçürməklə ödəyir.
Balansa pul vəsaitinin yüklənməsi üçün 181 və ya 124 nömrələrindən istifadə olunur. Abonent bundan sonra beynəlxalq və şəhərlərarsı danışıqlar etmək üçün 123 kodunu yığır.
Abunəçilərə 2, 4,10 manat dəyərində olan TAC KART kartları təklif edilir. /Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası