Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
10 Mart 2010, 18:03    Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək
Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib ki, yaxın gələcəkdə Xəzərin hüquqi statusu ilə bağlı əhəmiyyətli qərarlar veriləcək və bu qərarlar Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında qəbul olunacaq. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Mehmanpərəst əlavə edib ki, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında Xəzərin dibi, səthi, sərhədləri və suyunun elmi araşdırılması kimi məsələlərlə bağlı önəmli qərarlar qəbul olunacaq.
Onun sözlərinə görə, həmin iclasda sahil sərhədlərinin təyin olunması barədə də qərar qəbul ediləcək.
Mehmanpərəst əlavə edib ki, indiyədək Xəzər dənizi ilə bağlı məsələlərin 70 faizi barədə razılıq əldə olunub. "Xəzərin hərbi olmaması, Xəzərdə təhlükəsizliyin təmin edilməsi və narkotiklərlə mübarizə kimi məsələlər haqqında razılıq əldə olunub", - Mehmanpərəst deyib.
Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclası Tehranda keçiriləcək./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası