«A
zərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsi dövlət büdcəsi zərfi çərçivəsində parlamentə daxil olub. «APA-ECONOMICS»in məlumatına görə, qanuna əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün isə 87 manat səviyyəsində nəzərdə tutulub. Nəticədə, gələn il adambaşına yaşayış minimumunun 14% artırılacağı gözlənilir.
Qeyd edək ki, «Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün isə 76 manat səviyyəsində nəzərdə tutulub. /APA/