Son 10 ildə Azərbaycanın vergi gəlirləri 8 dəfə artıb
İqtisadiyyat / (27-10-2011, 16:34)

Son 10 ildə Azərbaycanda dövlət büdcəsinin vergi daxilolmalarının həcmi 8,4 dəfə artıb. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Namiq Əliyev bildirib. Onun sözlərinə görə, bu dövr ərzində qeyri-neft sektorundan daxilolmalar 7,9 dəfə artıb. Qeyd edək ki, 2012-ci il üçün dövlət büdcəsinin vergi daxilolmaları 6,3 mlrd. manat həcmində proqnozlaşdırılır və bunun 5,3 mlrd. manatının Vergilər Nazirliyinin xətti ilə toplanılacağı gözlənilir. /APA/


AVCIYA.AZ Yuxarı