Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
İqtisadiyyat / (1-11-2011, 15:11)

Azərbaycan, Ermənistan, Moldovanın kənd təsərrüfatı nazirlərinin müavinləri və Belarus, Gürcüstan, Ukraynanın müvafiq nazirliklərinin nümayəndələri Krakov (Polşa) şəhərində keçirilən iki günlük konfransda iştirak ediblər. “APA-ECONOMICS”in ENPI informasiya mərkəzinə istinadən xəbərinə görə, konfrans Polşanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində bu ölkənin kənd təsərrüfatı naziri Marek Savitski tərəfindən təşkil olunub.
Konfrans iştirakçıları “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin qanunlarının veterinar və fitosanitar nəzarət, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi sahələrində Aİ-nin standartlarına uyğunlaşdırılması, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın perspektivləri kimi məsələləri müzakirə ediblər./APA/


AVCIYA.AZ Yuxarı