Bu il Azərbaycanda dövlət agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib
İqtisadiyyat / (1-11-2011, 15:50)

2011-ci ildə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bu vəsaitin 10 mln. manatı büdcədən ayrılıb, daha 3-4 mln. manat isə ötən illər verilmiş kreditlərin qaytarılması hesabına daxil olub. Hazırda kreditlərin verilməsi məqsədilə beynəlxalq qurumlardan əlavə vəsaitlərin cəlb olunması üçün Dünya Bankı və İFAD təşkilatı ilə danışıqlar aparılır: «Bu yaxınlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilələr əsasında bu sahədə yeni layihələr həyata keçiriləcək». /APA/


AVCIYA.AZ Yuxarı