Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən bu toplantıda ECO-nun üzv ölkələri arasında ticarət və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur. İclasda çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ölkənin bir sıra makroiqtisadi göstəricilərini səsləndirib və bildirib ki, ötən il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin artması davam edib.
Azərbaycanın Maliyyə Nazirliyi 1 aprel 2012-ci il tarixədək hesabatları təqdim etməyən QHT-ləri yazılı surətdə xəbərdarlıq edib. Trend-in cümə günü Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyi bu barədə Azərbaycanın Ədliyyə Nazirliyinə məlumat verib. "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.
Tarix : 28-04-2012, 10:07
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində bir çox inkişaf etmiş dünya ölkələrinin təcrübəsi öyrənilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək ehtiyatlarının inkişafı, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi üzrə Sinqapurun əldə etdiyi müsbət təcrübənin öyrənilməsi məqsədi ilə naziri Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda rəsmi səfərdədir.
Tarix : 26-04-2012, 11:00
Arrelin 27-də Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azrromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçiriləcək. Azrromo-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Bolqarıstanın tikinti, nəqliyyat və logistika, əczaçılıq, quşçuluq, şərab məhsullarının istehsalı, süd məhsullarının istehsalı, qəhvə və çay satışı, qızıl gül yağının istehsalı və digər sahələrini təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Tarix : 25-04-2012, 14:48
Bu il Azərbaycanda iqtisadi artım tempi ilkin proqnozlaşdırılan səviyyədən bir qədər aşağı ola bilər. Bunu «APA-ECONOMICS»ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 0,5% artaraq 12,3 mlrd. manata çatıb, orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 346,1 manata və ya 1 711,9 ABŞ dollarına bərabər olub, ÜDM istehsalı qeyri-neft sektorunda 7,7% artıb, neft sektorunda isə 4,7% azalıb.
Tarix : 23-04-2012, 14:43
Azərbaycan Beynəlxalq Bankı (ABB) ardıcıl 4 ildir Britaniyanın «EMEA Finance» jurnalının «Azərbaycanın ən yaxşı bankı» mükafatına layıq görülüb. Bankın Mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bundan başqa ABŞ-ın «Global Finance» jurnalı ABB-ni «İnkişafda olan regionların ən yaxşı bankları» nominasiyasında Azərbaycan üzrə qalib elan edib.
Tarix : 23-04-2012, 12:26
ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən iqtisadi əməkdaşlıq üzrə Amerika-Azərbaycan hökumətlərarası komissiyanın üçüncü iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Departamentinin saytında məlumat verilir. Qurumun məlumatına əsasən, iclasda ABŞ Dövlət Departamenti, enerji, ədliyyə və maliyyə nazirlikləri, ABŞ Ticarət Nümayəndəliyi İdarəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ-ın İxrac-İdxal Bankı, ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin nümayəndələri iştirak ediblər.
Tarix : 21-04-2012, 11:11
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövləti kimi çıxış edəcək. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, Azərbaycan donor dövləti kimi FAO-nun üzvü olan aztəminatlı ölkələrə maliyyə və texniki dəstək, eləcə də tövsiyələr verəcək.
Tarix : 20-04-2012, 12:10
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) iki bankla pensiya kartlarının verilməsi və xidmət göstərilməsi ilə bağlı müqavilə imzalamağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib. 69 lotdan 47-si üzrə tenderin qalibləri Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" olublar. Halbuki bu lotlardan (DSMF-nin Sumqayıt və Abşeron şöbələrində xidmət göstərilən pensiyaçıları əhatə edir) ikisi üzrə ən aşağı qiymət "Texnikabank" tərəfindən irəli sürülüb, lakin Azərbaycan Mərkəzi Bankı onun indiki vəziyyətini nəzərə alaraq, pensiyaların verilməsində risk etməyi məqsədəuyğun hesab etməyib. Buna görə də bu bankın iştirakından imtina edilib.
Tarix : 19-04-2012, 16:27
Azərbaycan hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatının Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini tam təmin edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan bildirib. O, təhlükəsizliyin yüksək səviyyədə təşkil olunduğunu və bundan razı qaldıqlarını bildirib.
Tarix : 19-04-2012, 16:25
|