Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında dövlət büdcəsinə 128,944 mln. manat həcmində vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 16,611 mln. manat və ya 14,8% çoxdur. ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ tərəfindən büdcəyə 1 082,806 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 122,491 mln. manat və ya 12,8% çoxdur.

Tarix : 15-11-2011, 11:36

Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin 195 telefon-məlumat xidməti tərəfindən 211 849 müraciət, o cümlədən canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 102 148, elektron operator tərəfindən 109 701 müraciət cavablandırılıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı 65% artıb.

Tarix : 14-11-2011, 13:45

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qaz ehtiyatı baxımından yeni qış mövsümünə tam hazırdır. «APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. R,Abdullayevin sözlərinə görə, qış ərəfəsində qaz anbarlarına rekord həcmdə - 3,3 mlrd kubmetr qaz vurulub: «Hazırda respublikanın qaz təchizatında problem yoxdur». Ayrı-ayrı bölgələrdə qaz problemi ilə bağlı məsələlərə gəldikdə isə R.Abdullayev bunun texniki məsələrlə əlaqəli olduğunu və belə problemlərin dərhal aradan qaldırıldığını bildirib.

Tarix : 11-11-2011, 14:52

Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 626,784 min ton Azərbaycan nefti nəql olunub. Bu, sentyabr ayına nisbətən 4,2% çox, ötən ilin oktyabrına nisbətən 18% azdır.  Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-ECONOMICS»ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında BTC kəməri ilə 27 908,692 min ton neft ötürülüb. Ötən ilin ilk 10 ayına nisbətən bu göstərici 10,5% azalıb.

Tarix : 11-11-2011, 11:16

Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün hər il 10-15 mln. manat vəsait ayrılır. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu il “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində 15 mln. manat ayrılıb: “Bunun müəyyən hissəsi xərclənib. İlin sonuna kimi qalan hissəsi də xərclənəcək”.

Tarix : 2-11-2011, 15:43

Azərbaycan üçün öz iqtisadiyyatının liberallaşdırılmasını və dünya iqtisadiyyatına daha çox inteqrasiya üçün azad bazar münasibətlərinin formalaşdırılmasını davam etdirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa İttifaqı və Xəzər-Qara dəniz regionu ölkələrinin fövqəladə və səlahiyyətli səfirlərinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

Tarix : 2-11-2011, 15:27

Hazırda Azərbaycan 5 ölkəyə milyardlarla kubmetr həcmində təbii qaz ixrac edir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.  E.Nəsirovun sözlərinə görə, bundan 6,6 mlrd. kubmetr Türkiyəyə, 1,5 mlrd. Gürcüstana, 400 mln. kubmetr İrana, 750 mln. kubmetr Yunanıstana ixrac olunur. Həmçinin, Azərbaycan Rusiyaya qaz nəql edir.

Tarix : 2-11-2011, 11:02

2011-ci ildə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bu vəsaitin 10 mln. manatı büdcədən ayrılıb, daha 3-4 mln. manat isə ötən illər verilmiş kreditlərin qaytarılması hesabına daxil olub.

Tarix : 1-11-2011, 15:50

Azərbaycan, Ermənistan, Moldovanın kənd təsərrüfatı nazirlərinin müavinləri və Belarus, Gürcüstan, Ukraynanın müvafiq nazirliklərinin nümayəndələri Krakov (Polşa) şəhərində keçirilən iki günlük konfransda iştirak ediblər. “APA-ECONOMICS”in ENPI informasiya mərkəzinə istinadən xəbərinə görə, konfrans Polşanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində bu ölkənin kənd təsərrüfatı naziri Marek Savitski tərəfindən təşkil olunub.

Tarix : 1-11-2011, 15:11

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu həftənin sonunadək Azercell və Bakcell mobil rabitə operatorlarına 3G xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyalar təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Tarix : 1-11-2011, 10:57
AVCIYA.AZ Yuxarı