Səhərdən Bakıda marşrutlara mindən artıq sərnişin avtobusu çıxıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, hava şəraiti tədricən normallaşır və paytaxt küçələrində sərnişin avtobuslarının sayı artır. Hava şəraiti nəzərə alınmaqla Bakıda sərnişin avtobuslarının saat 22.00 -dək işləyəcəyi ehtimal edilir. Lakin axşama doğru hava şəraitinin bir az da yaxşılaşacağı gözlənilir və ona görə də avtobuslar nəzərdə tutulmuş müddətdən çox işləyə bilərlər.
Tarix : 11-02-2012, 12:21
Bu gün Bakıda “Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktuar tədqiqatların nəticələri” mövzusunda təqdimat mərasimi keçirilib. “APA-ECONOMICS”in xəbərinə görə, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, BMT İnkişaf Proqramının, Dünya Bankının, ABŞ-ın Azərbaycandakı səfirliyinin, müvafiq nazirlik və təşkilatların rəsmilərinin, KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması tapşırılıb.
Tarix : 10-02-2012, 13:48
Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin soyuması, qar yağması və güclü külək əsməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir neçə aviareys təxirə salınıb. Bu barədə «APA-ECONOMICS»ə hava limanından bildirilib. Aeroportdan verilən məlumata əsasən, hazırda daxili aviareyslərdən Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran və Bakı-Tbilisi marşrutu ilə reyslər təxirə salınıb: «Tehran və Tbilisidən aviareyslər Bakıya yerinə yetirilməyib. Londondan Bakıya gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub.
Son illər ərzində Azərbaycan xarici ölkələrə 6 milyard dollar sərmayə yatırıb. Trend-in məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı rəsmi mətbuata verdiyi müsahibəsində bildirib. "Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilmiş templəri ölkənin maliyyə imkanlarının genişləndirilməsinə və xarici ölkələrə yatırımlar üçün əlverişli şəraitin yaranmasına imkan verir. Azərbaycan artıq investisiyalar ixrac edən ölkəyə çevrilib", - nazir deyib.
Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Andrey Kruqlov hazırda avropalı istehlakçıların müqavilədə nəzərdə tutulduğundan əlavə sifarişlərini yerinə yetirmək iqtidarında olmadıqlarını etiraf edib. “APA-ECONOMICS”in RBK-ya istinadən xəbərinə görə, Andrey Kruqlov bunu baş nazir Vladimir Putinin Avropa ölkələrinə qaz nəqli ilə bağlı sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, “Qazprom” Qərbi Avropa ölkələrinə müqavilələrdə nəzərdə tutulan qaydada qaz nəql edir: “Lakin bu tərəfdaşlarımızın əlavə qaz nəqlinə dair sifarişlərini hazırda yerinə yetirə bilmirik”.
Azərbaycan elektrik rabitəsi şəbəkələrinin gələcək inkişafı, yeni xidmət və texnologiyaların tətbiqi, eləcə də qanunvericilik səviyyəsində bu məsələlərin nizamlanması prinsiplərinin tətbiqi üçün İKT sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyasının təcrübəsi ilə tanış olacaq. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Bakı küçələrində lisenziyasız işləyən taksilərin fəaliyyəti mayın 1-dək dayandırılacaq. Bu barədə Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, Rusiya istehsalı olan maşınlarla fəaliyyət göstərən taksilər tamamilə ləğv ediləcək. Ağ rəngli, bütün texniki tələblərə cavab verən, xüsusi fərqlənmə nişanına malik və taksometrlərlə təchiz olunmuş xarici markalı avtomobillər lisenziya ala biləcəklər.
Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,48 dollar və ya 1,5% artaraq 1 barelə görə 97,84 dollar təşkil edib. «APA-ECONOMICS»in məlumatına görə, fevralın 3-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,51 dollar və ya 2,4% artaraq 114,58 dollar olub.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu günlərdə 2011-ci il ərzində istehlak qiymətlərinin indeksinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə bildirib. "Biz Dövlət Statistika Komitəsinə müraciət etmişik və bu barədə məlumatlar almışıq. 2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz təşkil edib.
Hava şəraitinin əlverişsiz olması səbəbindən Astana-Bakı aviareysi təxirə salınıb. Bu barədə «APA-ECONOMICS»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Hava limanından verilən məlumata əsasən, Astanada (Qazaxıstan) hava şəraiti uçuş üçün əlverişsizdir və məhz bu səbəbdən bu gün saat 09:10-da «Skat» aviaşirkətinin Astana-Bakı marşrutu üzrə havaya qalxmalı olan təyyarənin uçuşu saat 11:15-dək təxirə salınıb: «Bu səbəbdən bu gün saat 13:30-də yerinə yetirilməli Bakı-Astana aviareysi də saat 15:50-dək təxirə salınıb».
Tarix : 30-01-2012, 10:40
|