“Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər”

Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
Məzahir Pənahov səs verib

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün 30 aprel 2010-cu il aprel tarixində “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər” mövzusunda Dəyirmi Masa keçirmişdir. Tədbiri giriş sözü ilə fondun eksperti Sadiq Rzayev açmışdır. O, bu günün mövzusunun dünyada və ölkəmizdə gündəmdə olması haqda məlumat verərək, bu istiqamətdə müxtəlif təşkilatların üzərinə müəyyən məsuliyyət yükünün də düşdüyünü qeyd etmişdir.
Ölkəmizdə yeni yaradılmış Bərpa olunan və Alternativ Enerji Mənbələri Agentliyi haqqında strukturundan və gələcək planlarından agentliyin direktor müavini Cəmil Məlikov ətraflı məlumat verdi.
Bundan başqa tədbirdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva “Respublikanın Alternativ Günəş enerjisi mənbələrinin resursları və onun istifadəsi”, ARDNŞ-nin Ekologiya idarəsinin Energetika və Mexanika şöbəsinin rəisi Cahid Hüseynov “Təbii resursların tükənməsi və alternativ enerji resursları”, Milli Hidrometereologiya Departamentinin direktor müavini Sahib Xəlilov “Alternativ Enerji Mənbələrinin ekoloji və iqtisadi cəhətdən əhəmiyyəti”, BMT-nin Azərbaycan Nümayəndəliyinin İctimai İnformasiya Departamentinin nümayəndəsi İqrar Əliyev “BMT-nin dünyada həyata keçirdiyi Ekoloji Siyasəti” mövzusunda məruzə etmişlər. Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehdiyev, ADNA-nın dossenti Fuad Məmmədov, BDU-nin nümayəndəsi Cəfər Malik Paşayev mövzu ətrafında çıxışlar etmişlər.
Tədbirdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, BMT-nın nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, AMEA-nın Radiasiya Problemləri İnstitutunun, müxtəlif Universitetlərin, QHT-ları və KİV nümayəndələri iştirak etmişdir.
AESMF ekoloji istiqamətdə fəaliyyətini davam etdirir, bundan sonra da davamlı olaraq ekoloji təbliğat işini həyata keçirəcəkdir.
AESMF