“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” açıqlama yayıb

Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub
Prezident işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistləri təltif etdi
ANAMA ötən ildəki fəaliyyətinə dair məlumat yayıb

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycanda keçirilən parlament seçkilərində seçici fəallığı ilə bağlı açıqlama yayıb. Mərkəzinin rəhbəri İradə Yaqubovanın APA-ya verdiyi məlumata görə, saat 11.00-a qədər olan seçici fəallığı ölkə üzrə ümumilikdə 24.5% faiz təşkil edib.
Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə üzrə 180 Seçki Dairəsində 1180 məntəqədə “exit-poll” keçirildiyini qeyd edən İ. Yaqubova məntəqələrdə 2360 intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaşın çalışdığını bildirib. /APA/