Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb
İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Forumu keçirilir
Məktəb direktorları ilə onlayn görüş keçirilib

 

Şamaxının milət vəkili Elxan Süleymanov  Qarabağ şəhidlərinizin ailələrini təbrik etdi.

Millət vəkilinin adından verilən bayram açıqcalarında deyilir:

 

Əzizlərim!

Yurdumuza Bahar gəlir. Sizi Baharın gəlişi münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayramın ölçüyəgəlməz məna yükündən xəbərdarıq, hamımız yaxşı bilirik ki, bu nə qədər gözəl, mənalı bayramdır.

Torpaqlarımızın bir hissəsinin hələ də erməni işğalçılarının tapdağı altında inləməyini də unut­muruq. Bir anlıq da olsa…

Və bunu bilmək, yaşamaq çox ağırdır.

Amma mən Qələbə qazanacağımıza inanıram.

Qoy ərazi bütövlüyümüz uğrunda apardığımız savaşda şəhid olan qəhrəmanlarımızın ruhu şad olsun.

Novruz tonqallarımız gur yansın.

Şamaxının millət vəkili Elxan Süleymanov

 

Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayevdən aldığılmız məlumata görə hər il olduğu kimi, bu il də ümumilikdə 80 ailəyə, Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin ailələrinə Novruz bayramı sovqatları çatdırılıb.

Strategiya.az